ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini dəyişməz saxlamaq qərarını şərh edərkən FED sədri Cerom Paueli "axmaq" adlandırıb.
"Unikal" xəbər verir ki, Amerika lideri vəziyyətlə bağlı sosial media hesabı olan "Truth Social"da şərh verib.
"Faiz dərəcələri indi xeyli aşağı olmalıdır, xüsusən də bu axmaq belə inflyasiyanın artıq problem və ya təhdid olmadığını etiraf etdiyi üçün", - deyə Tramp yazıb.