AZ

Putin və Zelenski yalnız burada görüşə billər - Peskov

Rusiya Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə yalnız Moskvada danışıqlar aparmasını təklif edir.

Qaziler.az bildirir ki, bu barədə Kremli sözçüsü Dmitri Peskov deyib.

O, RİA Novosti agentliyinə verdiyi məlumatda, görüşün başqa yerdə keçirilməsi ilə bağlı hər hansı müzakirənin hazırda yersiz olduğunu bildirib.

"Hazırda Moskva ilə bağlı müzakirələr aparırıq. Diplomatların dediyi kimi, burada hər hansı bir fərziyyə yersizdir", - Kremlin sözçüsü vurğulayıb.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Ukrayna prezidenti həqiqətən də Putinlə görüşməyə hazırdırsa, Moskvaya gələ bilər. O əlavə edib ki, Rusiya tərəfi qonağın təhlükəsizliyini və lazımi iş şəraitini təmin edəcək. "Uşakov xatırladıb ki, dövlət başçısı bu barədə dəfələrlə deyib".

QAZİLER.AZ

Seçilən
13
qaziler.az

1Mənbələr