AZ

Melaniya Trampın filminin Cənubi Afrikada yayımlanmasına icazə verilmədi

BAKI, 29 yanvar. TELEQRAF

ABŞ-nin birinci xanımı Melaniya Tramp haqqında sənədli filmin Cənubi Afrikada yayımlanmasına icazə verilməyib.

Teleqraf xəbər verir ki, bu barədə "Variety" jurnalı məlumat yayıb.

"Melaniya" filminin premyerası 30 yanvarda keçiriləcəkdi. Cənubi Afrika kinoteatrları premyeraya bir neçə gün qalmış filmin nümayişindən imtina ediblər.

"Filmfinity" şirkəti imtinanın səbəbini açıqlamayıb və hər hansı kənar təzyiqi istisna edib.

Brett Ratnerin bir saatlıq "Melaniya" filmi birinci xanımın fəaliyyətini və əri ilə münasibətlərini araşdırır.

Xatırladaq ki, 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika hökumətini ölkənin ağdərili əhalisinin torpaqlarının zorla müsadirə ertməkdə,fermerlərə qarşı soyqırım törətməkdə günahlandırıb.

Seçilən
28
teleqraf.com

1Mənbələr