AZ

Yüksək Liqa: "Xilasedici" "Gənclər"i üstələdi

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, kişilərin mübarizəsində günün yeganə matçı Abşeron Olimpiya İdman Kompleksində təşkil olunub.

Burada "Gənclər" kollektivi "Xilasedici"yə 0:3 (18:25, 18:25, 14:25) hesabı ilə uduzub.

Qadınların çempionatında isə "Turan" "Gənclər"i 3:0 (25:20, 25:11, 25:17), "DH Volley" isə "Azərreyl"i 3:0 (25:13, 27:25, 25:15) hesabları ilə məğlub ediblər.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Seçilən
24
2
fanat.az

4Mənbələr