İtaliyanın “İnter” klubunda İvan Perişiçin komandaya mümkün qayıdışı ilə bağlı nikbinlik artıb.
90deqiqe.Az-ın məlumatına görə, “neradzurri”nin optimizmi PSV-nin Çempionlar Liqasından kənarlaşdırılması ilə əlaqədardır. Niderland təmsilçisi “Bavariya”ya 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Xorvat futbolçu artıq “İnter”lə şəxsi şərtlər üzrə razılıq əldə edib. Hazırda klublar arasında danışıqların yekunlaşması gözlənilir.
Xatırladaq ki, 35 yaşlı futbolçu “İnter”in heyətində 254 oyunda 55 qol vurub və 50 məhsuldar ötürmə edib.