Bakı. Trend:
Yanvarın 29-da Ümumdünya Şəhərsalma Forumunun On Üçüncüsessiyasına (WUF13) hazırlıq çərçivəsində dayanıqlılıqprinsiplərinin təşviqi məqsədilə dövlət qurumlarının nümayəndələriüçün məlumatlandırma sessiyası təşkil olunub.
Trend xəbər verir ki,sessiyada açılış nitqi ilə çıxış edən Azərbaycan RespublikasıDövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müaviniDövlətxan Dövlətxanov 17-22 may tarixlərində keçiriləcək WUF13tədbirinin əhəmiyyətini vurğulayıb.
İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıqşöbəsinin sektor müdiri İlqar Qasımlı və EY şirkətinin MərkəziAsiya, Qafqaz və Ukrayna üzrə rəhbəri Viktor Kovalenko da çıxışedərək, tədbirin şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslıiştirakçılığa malik qlobal konfrans olduğunu və bu tədbirdəiştirakın vacibliyini bildirdilər.
WUF13 Azərbaycan Əməliyyat Şirkəti və EY Azərbaycan şirkətindənolan nümayəndələri davamlı şəhərsalma və bu sahədə qlobal və milliçağırışlar, eləcə də tədbirin dayanıqlılıq hədəfləri barədətəqdimat etdilər. WUF13 zamanı keçirilməsi planlanan əsassessiyalar, tərəfdaş təşkilatlarla tədbirlər, assambleyalar vədəyirmi masalar haqda məlumat verilib. Sessiyada milli təmsilçilikvə iştirakçılığın əhəmiyyəti qeyd olunub.
Sessiyada BMT-nin WUF13 üzrə koordinatoru Abdinassir Şel Saqarvə 70-dən çox dövlət qurumunun nümayəndələri iştirak edib.
Şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığamalik beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13tədbiri “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlışəhərlər və yaşayış məskənləri” mövzusunda 2026-cı ilin 17–22 maytarixlərində Bakıda keçiriləcək. Bu tədbir vasitəsilə iştirakçılarbilik və təcrübə mübadiləsi aparmaq, institusional əməkdaşlıqlarqurmaq və qlobal şəhər gündəliyinə töhfə vermək imkanı əldəedəcəklər.