AZ

Tibbi LAQEYDLİK: Qeydiyyat zamanı doğulan körpə yerə düşərək XƏSARƏT ALDI

Yakutiyada tibb mərkəzində qadın qeydiyyat şöbəsinin önündə doğum edib, körpə yerə düşərək yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Yakutiyada tibb mərkəzlərindən birində qeydiyyat şöbəsi əməkdaşlarının etinasızlığı az qala faciəyə səbəb olacaqdı.

26 yaşlı Maryana S. adlı qadın kəskin doğum sancıları ilə xəstəxanaya gəlsə də, tibbi heyət ona dərhal yardım etmək əvəzinə sənədləşmə işləri tələb edib.

Qadının sözlərinə görə, həyat yoldaşı qeydiyyat şöbəsində sənədləri doldurduğu bir vaxtda o, ayaqüstə doğum edib.

Sürətli doğum nəticəsində yeni doğulmuş körpə qəfil yerə, döşəmənin üzərinə düşüb və baş nahiyəsindən ciddi travma alıb.

Məsələ ilə bağlı Yakutiya Səhiyyə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, hazırda körpənin vəziyyəti yaxşıdır və o, həkim nəzarətindədir.

Faktla bağlı xidməti yoxlamalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
interpress.az

1Mənbələr