BMT, 3 milyondan çox insanın evlərinə qayıtması ilə Sudanda artan ehtiyaclar barədə xəbərdarlıq edib
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Sudanda davam edən münaqişələr fonunda çətin şəraitə baxmayaraq, 3 milyondan çox insanın evlərinə qayıtması ilə bağlı artan ehtiyaclar barədə xəbərdarlıq edib.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Sudandakı vəziyyətlə bağlı yazılı açıqlama yayıb.
Bəyanatda qeyd olunur ki, "Mənzil, əsas xidmətlər və həyati əhəmiyyətli infrastruktura ciddi ziyan dəyməsinə baxmayaraq, üç milyondan çox insan Sudandakı öz doğma yerlərinə qayıdıb".
Artan ehtiyaclar barədə xəbərdarlıq edən bəyanatda geri dönüş bölgələrində artan ehtiyacları ödəmək üçün maliyyələşdirmənin davam etdirilməsi və köçkünlük dövrünün sona çatmasına kömək edə biləcək həll yollarının dəstəklənməsi tələb olunur.Bəyanatda ən çox geri qayıdanların sayının, yəni 1,3 milyondan çox insanın Xartum əyalətində olduğu qeyd edilib və əlavə edilib: "Ümumilikdə, geri qayıdanların 83 faizi daxili köçkünlərdir. 17 faizi isə Misir, Cənubi Sudan və Liviya kimi qonşu ölkələrdən və Körfəz ölkələrindən qayıdıb".
Bəyanatda fikirlərini də əks etdirən BMqT-nin baş direktoru Emi Poup vurğulayıb ki, bu geri dönüşlər həyatlarını evlərində yenidən qurmaq istəyən sudanlı ailələrin dözümlülüyünü və qətiyyətini nümayiş etdirir.
Poup bildirib ki, "Lakin evə qayıtmaq təhlükəsizliyə və ya sabitliyə qayıtmaq demək deyil. Bir çox ailələr məhdud xidmətlər və qeyri-müəyyən gələcəklə dağıdılmış evlərə gəlir və proqnozlaşdırıla bilən dəstək olmadan geri qayıtmaq bərpa yolu deyil, çətinliklərin növbəti fəslinə çevrilmək riski daşıyır".
aia.az
Tərcümə şöbəsi