AZ

Kəsilən ağaclara görə tərtib olunan cərimə ilə razılaşmırVİDEO

Xeyli sayda ağac kəsildi. Təbiətə dəymiş ziyanın hesablanması və hadisəyə görə məsul şəxslərin müəyyən edilməsi, həmçinin yaşıllıqların bərpası istiqamətində tədbirlərə başlanıldı. Bu səbəbdən də mülkiyyətçi barəsində cərimə tətbiq edilib.

Xezerxeber.az-ın xəbərinə görə, ərazinin qanuni sahibi olan Nofəl Hacıyev isə deyir ki, ağacların kəsilməsi ilə bağlı heç bir məsuliyyət daşımır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi ziyanı ödəmək də onun öhdəliyinə aid deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, ağacların kəsilməsi nəticəsində dəymiş ziyanın hansı formada ödənəciyini hüquq-mühafizə orqanları müəyyən edəcək. Yaşıllığın bərpası istiqamətində isə işlərə başlanılıb.

O da bildirilib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Kəsilən ağacların yerinə yenilərinin əkilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
5
1
xezerxeber.az

2Mənbələr