Almaniyalı hücumçu Timo Verner karyerasını ABŞ-da davam etdirəcək.
QOL.az xəbər verir ki, 29 yaşlı futbolçu MLS təmsilçisi "San-Xose Ertkveyks"ə transfer olunub. Tərəflər 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıblar.
Qeyd edək ki, cari mövsümü "Leyptsiq"də başlayan Verner klubun heyətində demək olar ki, şans qazanmayıb. O, cəmi 3 oyunda meydana çıxıb və fərqlənə bilməyib.
Xatırladaq ki, "Ştutqart"ın yetirməsi olan forvard karyerası ərzində "Çelsi" və "Tottenhem" (icarə) kimi klublarda da çıxış edib.