AZ

Argentina dünyanın ikinci ən böyük futbol stadionunu tikəcək


Argentinanın “River Plate” klubu ev stadionu olan “Estadio Monumental”ı genişləndirmək layihəsinin başlandığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, arenanın tamaşaçı tutumunun hazırkı 85.000-dən 101.000-ə çatdırılması planlaşdırılır.
Klub prezidenti Stefano Di Karlo bildirib ki, “River Plate” idman infrastrukturunda modernləşmə, inkişaf və liderlik yolunu davam etdirir, Amerikanın ən böyük və ən əhəmiyyətli stadionu statusunu möhkəmləndirir və yeni qlobal standartlar müəyyən edir.
Tikinti işlərinə aprelin ilk həftəsində başlamaq planlaşdırılır. Layihə on aparıcı tikinti şirkətinin iştirak etdiyi rəqabətli tender prosesi vasitəsilə həyata keçiriləcək. İşin təxmini dəyəri 100 milyon dolları keçib və ümumi yenidənqurma müddətinin təxminən 36 ay çəkəcəyi gözlənilir.
Seçilən
73
yeniavaz.com

1Mənbələr