AZ

Maraqla gözlənilən finalın tarixi AÇIQLANDI - FOTOLAR

"Fire Media"nın təşkilatçılığı və "Yaara Tekstil"in forma sponsorluğu ilə keçirilən Banklar Liqasında finalçılar məlum olub.

Sportinfo.az xəbər verir ki, fevral ayının 1-də keçiriləcək həlledici görüşdə VTB Bank və Yelo Bank komandaları çempionluq uğrunda üz-üzə gələcəklər.

Bakı Tenis Akademiyasının meydanında keçiriləcək görüşün start fiti 17:00-da veriləcək.

Maraq üçün bildirək ki, hər iki komanda da məğlub olmadan final mərhələsinə yüksəlib.

Sayca 5-ci dəfədir keçirilən yarış noyabr ayında 8 bankın iştirakı ilə start götürüb.

Turnirin ilk mərhələsi liqa şəklində, ikinci mərhələsi isə pley-of sistemi ilə keçirilib.

Xatırladaq ki, VTB Bank komandası turnir tarixində 1 dəfə gümüş mükafatçı, Yelo Bank isə 2 dəfə bürünc mükafatçı adına layiq görülüb.

Seçilən
15
sportinfo.az

1Mənbələr