Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinəAbşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyindəçoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumatdaxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhaləraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetməxidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəliyaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermişyanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasınaimkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ikiotaqlı mənzilin bir otağının yanarkonstruksiyaları və ev əşyaları 18kv.m sahədə yanıb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsindəbina sakinləri təxliyə olunub.
Xəsarət alan olmayıb.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizəolunub.