"Biman Bangladesh Airlines" şirkətinə məxsus BG-341 reysi yerli vaxtla saat 20:00-da Banqladeşin Dəkkə şəhərindəki Həzrət Şahcəlal Beynəlxalq Hava Limanından yola düşüb.
Qaziler.az bildirir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Təyyarə yerli vaxtla saat 23:00-da Pakistanın Karaçi şəhərindəki Cinnah Beynəlxalq Hava Limanına enib və bu, 14 ildən sonra Banqladeş və Pakistan arasında ilk birbaşa uçuş olub.
Cəmi 150 nəfərin olduğu uçuşda Pakistan və Banqladeş rəsmiləri iştirak edib.
"Biman Bangladesh Airlines" şirkəti də gecə yarısı Karaçi-Dakka marşrutu üzrə geri dönüş reysi həyata keçirəcək.
İki ölkə arasında birbaşa uçuşlar Banqladeşin keçmiş baş naziri Şeyx Hasina Vazedin hakimiyyəti dövründə "təhlükəsizlik" məsələləri səbəbindən dayandırılıb.
QAZİLER.AZ