AZ

Putin Melaniya Trampa cavab verib

ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya Federasiyasının prezidenti Vladimir Putindən məktub aldığını bildirib. Məktubda müharibə səbəbilə ayrı düşmüş ailələrin birləşdirilməsi və ukraynalı uşaqların geri qaytarılması prosesi ilə bağlı məsələlərdən bəhs edildiyi qeyd olunur.

NOCOMMENT.az xəbər verir ki, Melaniya Trampın sözlərinə görə, Putin ona cavab məktubu göndərib və hazırda onun nümayəndəsi Rusiya tərəfi ilə əlaqə saxlayır. Birinci xanım daha çox uşağın ailələri ilə yenidən birləşdirilməsi istiqamətində işlərin davam etdiyini vurğulayıb.

O, məktubun mətnini tam şəkildə açıqlamasa və konkret razılaşmalar barədə məlumat verməsə də, aparılan danışıqların nəticələri ilə bağlı ehtiyatlı nikbinlik ifadə edib. Melaniya Tramp yaxın zamanda müsbət nəticələr əldə olunacağına ümid etdiyini bildirib.

“Bu uşaqları və valideynləri xoşbəxt görmək çox gözəldir. Əlbəttə, hər kəs öz övladı ilə birlikdə olmaq istəyir”, – deyə ABŞ-ın birinci xanımı əlavə edib.

Seçilən
30
nocomment.az

1Mənbələr