AZ

İlqar Safat: “Lucidity (Rejissor haqqında yuxular)” 35 illik tədqiqatların nəticəsidir

Bakı, 29 yanvar, AZƏRTAC

"Lucidity (Rejissor haqqında yuxular)" kitabı esse toplusudur. Burada 35 il ərzində apardığım araşdırmalar - şüurun mənşəyi, yaradıcılıq mexanizmləri və şüurlu yuxular rejissorluq praktikası kontekstində əksini tapır.

Bunu AZƏRTAC-a açıqlamasında teatr və kino rejissoru, yazıçı, ssenarist, "Lucidity (Rejissor haqqında yuxular)" kitabının müəllifi İlqar Safat deyib.

O, nəşrdə avtobioqrafik məqamların kifayət qədər çox olduğunu bildirib: "Xüsusilə, Uzaq Şərqdə “Göyün atları” (“Конни неба”) filmi üzərində işlədiyim dövrdə şamanizm sahəsində apardığım tədqiqatlardan danışıram. Kitabda teatrın mahiyyəti və Trikster arxetipi haqqında düşüncələrimi bölüşürəm. Eyni zamanda müxtəlif kulturoloji və fəlsəfi qeydlərə də yer vermişəm".

Müəllifin sözlərinə görə, bu nəşr psixoloqlar, filosoflar, rejissorlar, eləcə də şamanizm və ezoterika ilə maraqlanan oxucular üçün maraqlı ola bilər.

Seçilən
22
azertag.az

1Mənbələr