Ağ Evdə keçirilən kabinet iclasında ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun günəş eynəyindən bəhs edib.
QHT.az xəbər verir ki, Tramp bu aksessuarı müxtəlif ölkələrdən idxal tariflərinin müzakirəsi zamanı qeyd edib. Onun sözlərinə görə, Makron bu məsələni müzakirə etdiyi ilk liderlərdən biri olub. "O vaxtlar eynək taxmırdı", - deyən ABŞ prezidenti orada olanların gülüşünə səbəb olub.
Tramp həmçinin bir daha həmkarının fransız aksentini parodiya etdi. Xatırladaq ki, Fransa prezidenti Davosda keçirilən Dünya İqtisadi Forumunda böyük aviator eynəyi taxmışdı. O, günəş eynəyinin daim taxılmasını gözündəki qan damarının partlaması ilə izah etdi.
R.İmanov