AZ

QHT sədri yubileyi münasibətilə Nazirliyində təbrik olunub - FOTOLAR

29 yanvar 2026-cı il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədri, Rabitə və İnformasiyaları Mütəxəssisləri İctimai Birliyinin sədri Siruz Abasbəyli yubileyi münasibətilə təbrik edilib.

QHT.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Siruz Abasbəylini nazirliyin məsul əməkdaşları və İctimai Şura üzvlərinin iştirakı ilə qəbul edərək ona səmimi təbriklərini çatdırıb, fəaliyyətində uğurlar arzulayıb. Siruz Abasbəyli göstərilən diqqət və xoş münasibətə görə nazir Rəşad Nəbiyevə dərin minnətdarlığını bildirib. O qeyd edib ki, dövlətə və xalqa böyük məsuliyyətlə xidmət edən bir nazir və peşəkar kollektiv tərəfindən belə bir münasibətin göstərilməsi xüsusi dəyər daşıyır:

"Bu gün Sizin rəhbərliyiniz altında nazirliyin dircəldilməsi, yenidən qurulması və müasir çaglışlara uygun inkişaf yolu ilə inamla irəliləməsi aydın görünür. Nazirlik daxilində formalaşan saglam mühit , məsuliyətli kadrlar və vahid məqsəd naminə birləşən kollektiv bu yolun düzgün secildiyini acıq şəkildə göstərir. Bu təsadüf deyil, bu düşünülmüş siyasətin , ardıcıl zəhmətin və güclü rəhbərliyin bəhrəsidir. Cənab Prezidentin Sizə göstərdiyi yüksək etimad və verdiyi dəyər də məhz bu xidmətlərin, bu məsuliyyətli və fədəkar fəaliyyətin nəticəsidir. Siz bu etimadı əməli işlərinizlə, nəticələrinizlə layiqincə dogruldursunuz. Sizə möhkəm can saglıgı, uzun ömür, xoşbəxtlik arzulayıram. Bir daha göstərdiyiniz yüksək diqqətə, səmimi münasibətə və hörmətə görə Sizə ürəkdən təşəkkür edir, dərin ehtiramımı bildirirım".

Seçilən
13
qht.az

1Mənbələr