AZ

“Neftçi”nin büdcəsindən 2000 manat “uçdu”

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 17-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“İmişli” – “Araz-Naxçıvan” oyununda “İmişli” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

“Neftçi” – “Zirə” oyununda oyun günü planı pozulduğuna görə “Neftçi”2000 manat cərimə edilib.

"Qarabağ” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qarabağ” komandası 2500 manat cərimə edilib.

“Sabah” – “Karvan-Yevlax” oyununda “Sabah” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Seçilən
22
sportinfo.az

1Mənbələr