Xüsusilə, Rusiyanın Pivdennı limanına hücumları nəticəsində sulara tökülən bitki yağı nəticəsində dəniz orqanizmləri ölmüş ola bilər.
QHT.az xəbər verir ki, Odessa çimərliklərində Qara dəniz dəniz atlarının (Hippocampus guttulatus) kütləvi ölümü qeydə alınıb. Ekoloq Vladislav Balinskinin sözlərinə görə, bəzi ərazilərdə sahilin hər kvadrat metrində 35-ə qədər ölü fərd aşkarlanıb. Hadisənin əsas səbəbi kimi Rusiyanın Pivdennı limanına hücumundan sonra Qara dənizə sızan bitki yağı göstərilir. Çirklənmə dənizin dibində toplanaraq balıqların tənəffüs sistemini zədələyib və digər canlılara da ciddi zərər vurub. Mütəxəssislər ağır metallarla çirklənmə və digər zəhərli maddələrin də mümkün səbəblər arasında olduğunu bildirirlər. Ekoloqlar baş verənləri Qara dəniz ekosistemi üçün ciddi təhlükə və ekoloji fəlakət əlaməti kimi qiymətləndirirlər.
R.İmanov