AZ

Qurban Qurbanov, “Qarabağ”ın bazası üzərindən uçaq sərçələr və …sabah haqqında

1-ci yazı
Dünəndən bəri yenə futbol ictimaiyyəti ikiyə bölünüb. Şərti olaraq “Qarabağ” vurğunları” adlandıra biləcəyimiz qrup belə hesab edir ki, komandanın pley-offa vəsiqə qazandığını nəzərə almaq, 0:6-nı unutmaq lazımdı. Amma şərti olaraq “Realist “Qarabağ”lılar” adlandıra biləcəyimiz qrupun fikrincə, komanda “Liverpul”a çox biabırçı hesabla uduzub, hətta müəyyən mənada yığmanı xatırladıb, məğlubiyyətin səbəblərini tapmaq lazımdı ki, 1/16 finalda daha böyük fiasko yaşamayaq. Bəs həqiqət hardadı?
İlk növbədə vurğulamaq istədiyim məqam budu ki, “Qarabağ” pley-offa adlamaqla, yəni Avropanın 24 ən güclü klubu sırasına düşməklə çox böyük uğur qazanıb, bu, Azərbaycan klub futbolunun böyük zəfəridi, möhtəşəm, bəlkə də yüzillərlə unuda bilməyəcəyimiz nəticədi. Mənə görə, bu uğurun atası da, anası da, babası da Qurban Qurbanovdu! Təbii, onun korpusunda Müşfiq Hüseynov, Elçin Rəhmanov, Zaur Tağızadə, Elxan Həsənov da var. Amma Qurban bəyi yaxından tanıyan adam kimi şəhadət verə bilərəm ki, indiki “Qarabağ” məhz onun şah əsəridi. Ser Aleks Ferqyuson MY-də hansı sistemi yaratmışdısa, “Qarabağ”da da elədi. Yəni Suraxanıdakı bazanın üzərindən uçan sərçələrin ağzında buraxılış vərəqəsi görsəz, bilin ki, bu da Qurban bəyin zəhmindəndi! “Qarabağ”ın necə böyük uğur qazandığını göstərmək üçün bir faktı da deyəcəm, sonra davam edərik. Bu gün ÇL-də mübarizəni davam etdirən 24 komandadan 17-si “böyük beşlik” ölkələrinin, yəni İngiltərə, Almaniya, İspaniya, İtaliya və Fransanın təmsilçisidi. Yerdə qalan 7 komandadan ikisi Portuqaliyadandı, bir də Türkiyə, Yunanıstan, Norveç, Belçika və ...Azərbaycan çempionları var. Nəhayət, bir emosional məqam: “Qarabağ”ın “Ayntraxt” üzərindəki parlaq qələsindən sonra hər tərəfə işıq saçan Azərbaycanı və azərbaycanlını mən uzaq 2020-ci ilin noyabrında, Nikol Paşinyan kapitulyasiya sənədinə imza atanda görmüşdüm. “Ayntraxt” üzərindəki qələbənin doğurduğu ruhi-emosional-psixoloji yüksəlişi 2-ci Qarabağ müharibəsindəki zəfərlə müqayisə edəndən sonra yavaş-yavaş mətləb üzərinə gəlmək istəyirəm...
ORXAN
(davamı sabah gecə olacaq)

Seçilən
8
football-plus.az

1Mənbələr