"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda "Liverpul"a qarşı keçirdikləri oyun (0:6) və pley-offa adlamaqları barədə danışıb.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi məğlubiyyətdən dərs çıxaracaqlarını deyib:
"Ümumilikdə bizim üçün yaxşı Çempionlar Liqası mövsümü oldu. Yolumuza davam edirik.
"Liverpul"la oyun bizim üçün yaxşıbir dərs olacaq. Bu oyunun faydasını gələcəkdə görəcəyik".
O, pley-offdakı potensial rəqibləri PSJ və "Nyukasl" haqda da fikirlərini bölüşüb:
"Nyukasl" bizə PSJ-dən bir az daha uyğun rəqib kimi görünür. Amma hər ikisi çox güclü komandadır. Onlara qarşı layiqli mübarizə aparmağa çalışacağıq".