AZ

Bir səhv bütün yeməyi korlayır: Toyuq belə bişirilməlidir

Toyuq ətinin bişirilərkən quruması mətbəxdə ən çox rast gəlinən problemlərdən biridir.


Pravda.az bildirir ki, aşpazlar bu problemin qarşısını almaq üçün bir neçə sadə, amma effektiv üsul tövsiyə edirlər.


Mütəxəssislərin fikrincə, toyuğun sulu və yumşaq qalmasının əsas şərti onu bişirməzdən əvvəl düzgün hazırlamaqdır. Aşpazlar xüsusilə duzun bu prosesdə mühüm rol oynadığını bildirirlər. Toyuğun əvvəlcədən duzlanması və ya qısa müddət duzlu suda saxlanması ətin içindəki nəmi qoruyur.


Bəzi aşpazlar toyuğu soğan və ədviyyatlarla birlikdə yavaş odda bişirməyi, digərləri isə əvvəlcədən marinad edib qızartmağı məsləhət görür. Digər tövsiyələr arasında toyuğun mətbəx çəkici ilə nazikləşdirilməsi, zeytun yağı və sarımsaqla bişirilməsi, eləcə də su hamamında hazırlanması yer alır.


Əminə Bayramova

Tarix: 30 Yanvar 2026, 08:17   
Seçilən
10
10
pravda.az

10Mənbələr