AZ

Azərbaycan 61-ci Venesiya Biennalesində milli pavilyonla təmsil olunacaq

Bakı. Trend:

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı, MədəniyyətNazirliyinin və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə61-ci Venesiya Biennalesində Əməkdar rəssam Faiq Əhmədin “Diqqət”(The Attention) layihəsi ilə təmsil olunacaq.

Trend xəbər verir ki, Azərbaycan milli pavilyonundakıekspozisiya mayın 9-dan noyabrın 22-dək açıq olacaq.

“Diqqət” (The Attention) müasir incəsənətin əhəmiyyətlibeynəlxalq platformalarından birinə Azərbaycanın töhfəsidir.

Pavilyonun mərkəzində Faiq Əhmədin bədii təcrübəsində əsas vətəkrarlanan element olan xalça təqdim ediləcək. Mədəni yaddaş vəkollektiv kimliklə əlaqələndirilən xalça ziyarətçiləri sərgiboyunca istiqamətləndirən elementə çevrilir.

Konseptual olaraq görkəmli Azərbaycan şairi və mütəfəkkiri,hürufi ənənəsinin nümayəndəsi İmadəddin Nəsiminin fəlsəfi və poetikirsindən ilhamlanan layihə bir-biri ilə əlaqəli məkanlarardıcıllığı vasitəsilə açılan immersiv, multimodal bədii mühit kimidüşünülüb.

Layihə müasir dünyanı xarakterizə edən qeyri-müəyyənlik, təşvişvə informasiya yüklənməsinə cavab olaraq daxili şüur və yenidənəlaqə qurmaq mövzularını araşdırır – burada incəsənət xaosuniçindən yarana bilər.

“Diqqət” layihəsi ənənəvi yanaşmalarla yanaşı, kvant əsaslısistemlər, habelə neyro reaktiv və data əsaslı proseslər daxilolmaqla qabaqcıl texnologiyaları inteqrasiya edib. Burada hürufidüşüncəsi ilə reallığın müasir kvant anlayışları arasında birbaşaparalel təqdim olunur. Hürufizm dünyanı hərflərdən və işarələrdənibarət mənalı bir kod kimi çərçivələndirdiyi halda, kvant fizikasıreallığı ehtimallı, informativ və əlaqəli təsvir edir. Hər ikisistemdə reallıq sabit bir varlıq deyil, interpretasiya, qarşılıqlıtəsir və diqqət vasitəsilə formalaşır. “Diqqət” layihəsi buparaleli aydın şəkildə nümayiş etdirərək, kvant informasiyasınıhürufi kainat anlayışının müasir qarşılığı kimi çatdırır.

Azərbaycanın 61-ci Venesiya Biennalesindəki milli pavilyonununkuratoru Qvendolin Kollaço (Gwendolyn Collaço) olacaq. Onuntədqiqat və kuratorluq təcrübəsi İslam incəsənəti, maddi mədəniyyətvə mədəniyyətlərarası mübadiləyə fokuslanır.

Məqalədə:
Seçilən
54
az.trend.az

1Mənbələr