AZ

Kəlbəcər rayonunda Bərpa, Təmir və İdarəetmə Xidməti ili zərərlə başa vurub

Kəlbəcər Rayonunda Bərpa, Təmir və İdarəetmə Xidməti 2024-cü ili 456 min manat zərərlə başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, il ərzində Xidmətin sair əməliyyat gəlirləri 384 min manat, istifadə etdiyi material ehtiyatlarının dəyəri 10 min manat, işçi heyəti üzrə xərcləri 645 min manat, amortizasiya xərcləri 90 min manat, digər əməliyyat xərcləri isə 95 min manat təşkil edib.

2025-ci il yanvarın 1-nə Kəlbəcər Rayonunda Bərpa, Təmir və İdarəetmə Xidmətinin aktivləri 1,39 milyon manat olub. Xidmətin öhdəlikləri 1,328 milyon manat, balans kapitalı isə 62 min manat təşkil edib.

Xatırladaq ki, Kəlbəcər Rayonunda Bərpa, Təmir və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 10 iyul 2024-cü il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır.

Seçilən
68
34
bakivaxti.az

10Mənbələr