AZ

Adil Kərimli Türkiyə səfiri ilə görüşdü FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 29-da Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Birol Akgün ilə görüşüb.

"Unikal" xəbər verir ki, səfiri səmimi salamlayan Adil Kərimli bildirib ki, Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq ildən-ilə şaxələnir, yeni məzmun qazanır. Müxtəlif mədəniyyət layihələrində qarşılıqlı iştirak, yaradıcı kollektivlərin mütəmadi səfərləri, müvafiq qurumlar arasında faydalı iş birliyinin qurulması bu sahədə əməkdaşlığın geniş mənzərəsindən xəbər verir. 

Səmimi qəbula görə təşəkkür edən səfir Birol Akgün Türkiyə-Azərbaycan mədəni əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. 

TÜRKSOY-a üzv ölkələrin birgə istehsalı olan “Molla Nəsrəddin: çətin günlərimin dostu” filminin Türkiyədə çəkilişlərinin başa çatdığı bildirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
50
unikal.az

10Mənbələr