AZ

Tramp Ukraynada enerji atəşkəsi elan edib, lakin Moskva susur

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Kiyev də daxil olmaqla, Ukraynanın böyük şəhərlərinə hücumları bir həftə dayandırmağa razı olduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, CNN-in verdiyi məlumata görə, cümə axşamı Ağ Evdə keçirilən Nazirlər Kabinetinin iclasında Tramp Ukraynanın üzləşdiyi "şiddətli soyuq"u əsas gətirərək bunu Putindən "şəxsən" istədiyini bildirib. Lakin o, söhbətin dəqiq nə vaxt baş tutduğunu dəqiqləşdirməyib.

Ukrayna prezidenti Vladimir Zelenski ötən həftə Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya rəsmiləri arasında üçtərəfli görüşlər zamanı enerji infrastrukturuna hücumların müvəqqəti dayandırılması ilə bağlı müzakirənin aparıldığını təsdiqləyib.

"Müzakirələrlə tanış olan bir şəxs Amerika rəsmilərinin hərbi əməliyyatlarda belə bir fasilə ideyasını irəli sürdüyünü, baxmayaraq ki, o zaman Moskvanın buna razı olub-olmayacağı bəlli olmadığını bildirib", - deyə CNN xəbər verir.

Bu arada, Rusiya hələlik təklif olunan atəşkəsə razılıq verdiyini açıq şəkildə təsdiqləməyib. Cümə axşamı mümkün enerji atəşkəsi ilə bağlı suala Kremlin sözçüsü Dmitri Peskov heç bir açıqlama verməyib və "hələlik bu barədə şərh verə bilməyəcəyini" bildirib.

Rusiya ilə Ukrayna arasında müvəqqəti atəşkəs cəhdləri uğursuz olub. Ukrayna Rusiyanı ötən may ayında Moskvanın "humanitar səbəblərdən" riayət edəcəyini elan etdiyi üç günlük atəşkəsi pozmaqda ittiham edib. Rusiya dövlət mediası atəşkəsin qüvvəyə mindiyini iddia etsə də, Ukrayna ordusu hücumların bütün müddət ərzində davam etdiyini iddia edib. Lakin Rusiya Müdafiə Nazirliyi qoşunlarının "bütün döyüş əməliyyatlarını dayandırdığını" bildirib və Ukraynanı hücumları davam etdirməkdə günahlandırıb.

"Financial Times"ın əməkdaşı Kristofer Miller sosial media səhifəsi "X"də bildirib ki, Ukrayna rəsmiləri ona Rusiya ilə atəşkəs barədə Trampın açıqlamalarından öyrəndiklərini və Rusiyadan heç bir siqnal almadıqlarını deyiblər. O, həmçinin qeyd edib ki, Ukrayna rəsmiləri atəşkəsin həqiqətən bağlanıb-bağlanmadığından əmin deyillər.

Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestnov da qeyd edib ki, əgər Rusiya ilə dərin zərbələrin dayandırılması barədə qarşılıqlı razılıq əldə olunarsa, bu cür məlumatlar əsasən Rusiya Telegram kanallarında deyil, Müdafiə Qüvvələrinin rəsmiləri və bölmələri tərəfindən ictimaiyyətə açıqlanacaq.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
5
icma.az

2Mənbələr