AZ

Rusiya XİN: Brüssel gec-tez İrəvandan anti-Rusiya kursu tələb edəcək

“Avropa İttifaqının rəhbərliyi müəyyən bir mərhələdə Ermənistandan tam siyasi həmrəylik, o cümlədən Brüsselin anti-Rusiya kursu ilə uzlaşma tələb edəcək”.

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə departamentinin direktoru Vladislav Maslennikov bildirib.

“Belli bir məqamda Brüssel istənilən namizəd ölkədən öz xarici siyasəti ilə tam həmrəylik tələb etməyə başlayır ki, bu siyasət hazırda açıq şəkildə anti-Rusiya xarakteri daşıyır”, - deyə diplomat Ermənistanın Avropa inteqrasiyası planlarını şərh edərkən qeyd edib.

Maslennikov eyni zamanda bildirib: “Həmçinin ümid edirəm ki, İrəvan başa düşür: Brüsselin bütün tələblərini yerinə yetirmək belə Avropa İttifaqına üzvlüyə zəmanət vermir”.

Maslennikov nümunə kimi Qərbi Balkanları göstərib. Onun sözlərinə görə, bu ölkələr onilliklərdir ki, Avropa İttifaqına üzvlük növbəsindədirlər (Albaniya 2000-ci ildən, Şimali Makedoniya 2004-cü ildən, Monteneqro 2008-ci ildən, Serbiya isə 2009-cu ildən), Avropa bürokratlarının tez-tez əhali arasında populyar olmayan sərt tələblərini yerinə yetirsələr də, hələ də “Avropa arzuları”nın reallaşmasına yaxınlaşmayıblar.

“Unutmamalıyıq ki, Avropa İttifaqına üzvlük, xüsusilə də onun hazırkı vəziyyəti nəzərə alındıqda, namizəd ölkələrin rifahını heç də təmin etmir. Avropa İttifaqına üzvlüyün 20 illiyini bu yaxınlarda qeyd etmiş Baltik ölkələrində iqtisadi göstəricilər və demoqrafik vəziyyət, yumşaq desək, qənaətbəxş deyil”, - deyə o vurğulayıb.

Seçilən
87
15
ikisahil.az

10Mənbələr