AZ

Türkiyədə qətl hadisəsi - Nənəsini gəzintiyə çıxaran nəvə onu amansızlıqla öldürdü

İstanbulun Arnavutköy şəhərində narkotik istifadəçisi olan bir şəxs birlikdə yaşadığı 93 yaşlı nənəsini gəzintiyə çıxardıqdan sonra onu qətlə yetirib.

Missiya.Az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.Bildirilib ki, axşam saatlarında Gülay G. anası Fatma Demircanın itkin düşməsi barədə polis bölməsinə müraciət edib.

İddiaya görə, 93 yaşlı Fatma Demircan bir müddətdir nəvələrindən biri Volkan G. (47) ilə birlikdə yaşayırmış. Hadisədən sonra polis qrupları jandarma ilə əlaqə saxlayaraq bir müddətdir itkin düşən Fatma Demircanı tapmaq üçün birgə əməliyyata başlayıblar.

Fatma Demircanın Eyüpsultandakı evində araşdırma aparan qruplar, onunla birlikdə yaşayan nəvəsi Volkan G.-ni huşsuz və biləkləri kəsilmiş vəziyyətdə tapıblar. Onun intihar məktubu yazdığı öyrənilib və müalicə üçün Taksim Təlim və Araşdırma Xəstəxanasına aparılıb. Orada müalicəsini başa vurduqdan sonra Volkan G. dindirilmək üçün polis bölməsinə göndərilib.

Etirafında gəzintiyə çıxardığı nənəsini öldürüb, cəsədini isə Arnavutköydə boş bir sahədə qoyduğunu qeyd edən nəvə nəzarətə alınıb.

Ümumilikdə hadisə ilə bağlı 5 şübhəli saxlanılıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
62
50
missiya.az

10Mənbələr