AZ

Roberto De Zerbi istefa verdi - SON DURUM

"Olimpik Marsel"in baş məşqçisi Roberto De Zerbi klubdan ayrılmaq qərarına gəlib.

Fanat.Az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

Məlumata görə, təcrübəli mütəxəssis Çempionlar Liqasında "Brügge"yə darmadağımndan sonra istefa verib, lakin klub rəhbərliyi onunla danışıqları hələ də davam etdirir. .

Məşqçi 2024-cü ildən Marseldə çalışır və onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. 

"Brügge"yə məğlubiyyət (0:3) Fransa komandasının Çempionlar Liqasından kənarlaşdırılması ilə nəticələnib, Liqa 1-də isə komanda 19 turdan sonra 38 xalla üçüncü yerdədir.

Seçilən
16
fanat.az

1Mənbələr