AZ

“Ailə toxunulmazdır, qadına hörmət isə müzakirə predmeti deyil” – SƏRT AÇIQLAMA

“Dövlətçilik prinsipləri, qələbələri fonunda şəxsi həyata hücümlar, qarayaxmalar qətiyyən yolverilməzdir. Vətən müharibəsində Cənab Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyü tam şəkildə bərpa olunmuşdur. Bu Qələbə Azərbaycan dövlətçiliyinin gücünü, xalq–ordu–lider birliyini və milli iradənin sarsılmazlığını bütün dünyaya nümayiş etdirmişdir”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri tanınmış diplomat Daşqın Şikarov səsləndirib.

“Məhz bu reallıqlar fonunda Azərbaycanın güclənməsi, suverenliyinin möhkəmlənməsi və beynəlxalq müstəvidə artan nüfuzu ölkəmizi sevməyən, anti-Azərbaycan mövqedə dayanan dairələrdə açıq narahatlıq və ciddi qıcıq yaratmışdır. Bu qıcıq isə müxtəlif formalarda – informasiya manipulyasiyaları, qarayaxmalar, təxribat xarakterli yanaşmalar və etik sərhədlərin bilərəkdən kobud şəkildə aşılması ilə müşahidə olunur.

Son dövrlərdə sosial media məkanında Cənab Prezidentin ailə üzvləri, xüsusilə də övladı Heydər Əliyevin xanımı Alyona Əliyeva haqqında yayılan qarayaxmalar bu qərəzli və qeyri-etik yanaşmanın açıq təzahürüdür. Azərbaycan mentalitetində ailə toxunulmazdır, qadına hörmət isə müzakirə predmeti deyil. Bu prinsiplərin pozulması cəmiyyətimizin mənəvi dəyərlərinə açıq hörmətsizlikdir.

Cəmiyyət bu kimi təxribat xarakterli cəhdlərə qarşı aydın və qəti mövqe ortaya qoymalı, etik və hüquqi sərhədlərin aşılmasına yol verilməməlidir. Bu cür davranışlar, qarayaxmalar açıq şəkildə hüquqi dövlət prinsiplərinin və mənəvi normaların kobud şəkildə pozulmasıdır.

Azərbaycan Respublikası Konstitusiyası hər bir vətəndaşın şəxsi həyatının toxunulmazlığını təmin edir. Bu hüququn məqsədli şəkildə pozulması hüquqi məsuliyyət yaradır. Azərbaycan cəmiyyətində ailə müqəddəsdir, qadına hörmət isə milli dəyərdir. Bu dəyərlərə qarşı yönəlmiş hər hansı hücum, qarayaxma təkcə konkret şəxslərə deyil, bütövlükdə cəmiyyətimizin mənəvi əsaslarına qarşı yönəlmiş böyük hörmətsizlikdir”.

Diplomat qeyd edib ki, xüsusilə, Azərbaycanın tarixi Qələbələri fonunda milli birliyi hədəfə alan, dövlətin nüfuzunu sarsıtmağa və cəmiyyətdə mənəvi aşınma yaratmağa çalışan bu cür cəhdlər qətiyyətlə rədd edilməlidir:

“Dövlətçilik düşüncəsi tələb edir ki, cəmiyyət bu tip təxribatlara qarşı susqun qalmasın, hüquqi və etik çərçivələrdən kənara çıxan davranışlara qarşı prinsipial və sərt mövqe ortaya qoysun.

Şəxsi həyatın toxunulmazlığı müzakirə mövzusu deyil. Bu, hüquqi dövlətin, sağlam cəmiyyətin və Azərbaycan mentalitetinin dəyişməz prinsipidir”.

Seçilən
35
46
nocomment.az

10Mənbələr