AZ

Ötən il DOST mərkəzlərində 900 minə yaxın vətəndaşa xidmət göstərilib

Keçən il DOST mərkəzlərində 900 minə yaxın, ümumilikdə ötən dövrdə isə 4,1 milyondan çox vətəndaşa xidmət göstərilib. Vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 98 faizdən çoxdur.

Herbiand.az xəbər verir ki, bu barədə DOST Agentliyində 2025-ci ilin yekunları və 2026-cı il üzrə hədəflərə dair keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov məlumat verib.

"Gün ərzində vətəndaşlara 3700-dən çox xidmət göstərmişik. Bir vətəndaşa 11 dəqiqə müddətində xidmət göstəririk. Beynəlxalq səviyyədə bu göstərici 15-17 dəqiqədir. İndiyədək 8, 3 milyon zəng cavablandırılıb. 2025-ci ildə 1, 5 milyon zəngə cavab verilib",- deyə o qeyd edib.

Seçilən
6
12
herbiand.az

10Mənbələr