AZ

Azərbaycanlı aktrisanın şəkli “Temu”da: Bizi aldadırlar? - VİDEO

Əməkdar artist Nahidə Orucovanın fotosu Çinin onlayn alış-veriş platforması olan “Temu”da yerləşdirilib.

Ölkə.Az xəbər verir ki, məhsulun effektini göstərmək üçün tonal kremin reklamında azərbaycanlı aktrisanın fotosundan istifadə edilib.

Sözügedən foto isə azərbaycanlı stilist Anar Ağakişiyevin 2018-ci ildə Əməkdar artistlə çəkdiyi dəyişim videosundan götürülüb.

“Şəkil “Temu”da qarşıma çıxdı. Əvvəl bənzətdiyimi düşündüm, amma rəfiqəmə göndərdim o da təsdiqlədi ki, şəkildəki xanım, aktrisa Nahidə Orucovadır. Bu Çinlilər niyə bizim şəkillə bizi aldadır?”, - deyə sosial şəbəkə istifadəçilərindən biri yazıb.

Sözügedən paylaşıma Xalq artisti Faiq Ağayev N.Orucovanın adını işarələyərək şərh yazıb.
“Xəbərin var, gözəlim?”, - deyə o qeyd edib.

Billurə Yunus

Seçilən
49
50
olke.az

10Mənbələr