AZ

Zelenski Putinin Moskvada görüş təklifinə cavab verib: Eyni şəkildə onu Kiyevə dəvət edə bilərəm...

Ukrayna lideri Belarusda görüş variantını da istisna etdi...

Poliqon xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşü zamanı Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşməyəcəyini bildirib. “RBC-Ukrayna”nın yazdığına görə, Zelenski belə bir görüşün mümkün olmadığını vurğulayıb və danışıqların Belarus ərazisində keçirilməsi ehtimalını da qəti şəkildə istisna edib.

Ukrayna dövlət başçısı qeyd edib ki, əgər görüşlə bağlı qarşı tərəfdən Moskvaya çağırışlar səslənirsə, o da eyni şəkildə Putini Kiyevə dəvət edə bilər. Zelenskinin sözlərinə görə, real danışıqlar üçün əsas olan görüş yerinin təzyiq və ya manipulyasiya vasitəsinə çevrilməməsidir.

“Eyni şəkildə onu Kiyevə dəvət edə bilərəm, qoy gəlsin. Onu açıq şəkildə dəvət edirəm — əlbəttə, əgər cəsarəti çatarsa. Amma əgər kimsə görüşmək istəmir, lakin hansısa səbəbdən bunu açıq deməyə özünə rəva bilmir, onda Moskvaya bu cür dəvətlər səslənir”, — Zelenski bildirib.

Zelenski həmçinin bildirib ki, danışıqların harada keçirilməsi məsələsi yalnız texniki detal deyil, eyni zamanda təhlükəsizlik və siyasi məsuliyyət məsələsidir. Onun fikrincə, Ukrayna tərəfi üçün müharibənin davam etdiyi bir şəraitdə Moskvaya səfər etməklə görüş keçirmək nə real, nə də məntiqli görünür.

Qeyd edək ki, son dövrlər Ukrayna-Rusiya müharibəsi fonunda tərəflər arasında mümkün danışıqlar formatı və görüş məkanı ilə bağlı müxtəlif çağırışlar səslənir. Lakin Kiyev rəsmi şəkildə bir sıra məkanları, o cümlədən Belarus variantını qəbul etmədiyini açıqlayıb.

Poliqon.info

Seçilən
8
43
poliqon.info

10Mənbələr