AZ

İranın dövlət təyyarəsi Moskvaya enib: içində kimlər var? – KİV

İranın dövlət təyyarəsi ABŞ-ın ölkə rəhbərliyinə hücum edəcəyi iddialar fonunda bu gecə Moskvanın Vnukovo Hava Limanına enib.

Bu barədə Rusiyanın “Mash” teleqram kanalı məlumat yayıb.

Ehtimal edilir ki, təyyarədə İran Prezidenti Məsud Pezeşkian da var.

Monitorinq kanallarının məlumatına görə, ABŞ təyyarələri Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak etdikdən sonra Yaxın Şərqə istiqamət götürüb.

Bundan əvvəl CNN telekanalı ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı üzrə danışıqların nəticəsiz qalmasından sonra Tehrana yeni zərbə endirmək imkanını nəzərdən keçirdiyini yazmışdı.

Xatırladaq ki, daha əvvəl mətbuatda ABŞ-ın İranda etirazçıların ölümünə görə məsuliyyət daşıdığını hesab etdiyi rəsmilərə və hərbi komandirlərə dəqiq zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı. Məlumata görə, əsas məqsəd İranda əhalini etirazlara və dövlət binalarının ələ keçirilməsinə təhrik etməkdir.

Globalinfo.az

Seçilən
43
editor.az

1Mənbələr