AZ

Masallıda zəbt olunduğu deyilən torpaq sahəsi ilə bağlı AÇIQLAMA

Ötən günlərdə Ajans.az-ın qaynar xəttinə Massalı rayonu Ərkivan kəndində  yerləşən torpaq sahəsində yük daşımalarında istifadə edilən TIR maşınları üçün park tikilir. Sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi özəlləşdirilib Abdullayev Süleyman Ramazan oğlu tərəfindən alınmışdır. Şikayətlə bağlı Masallı rayon icra hakimiyyətinə müraciət etdik.  Qurumdan bizə verilən məlumata görə, torpaq sahəsinin sahibkarlıq fəaliyyəti üçün çıxarışı var: 

"Sözü gedən torpaq sahəsi rayonunun Ərkivan qəsəbəsi Qızlaküçə məhəlləsində yerləşir və sovetlər dövründə həmin ərazi ferma kimi fəaliyyət göstərsə də sonradan həmin ərazi qəsəbə sakini Heydərov Asif Xanbaba oğlu tərəfindən özəlləşdirilərək sahibkarlıq fəaliyyəti ilə bağlı çıxarış almışdır. 2023-cü ildə həmin ərazi mərhum Asif Heydərovun həyat yoldaşı Tərbiyə Heydərova  tərəfindən rəsmi  sənədlərlə Süleyman Abdullayevə satılmış və hal-hazırda sonuncunun xüsusi mülkiyyətindədir".

Seçilən
11
Ajans.az

1Mənbələr