AZ

Almaniyada 700 min ukraynalı qaçqının müavinətləri azaldıla bilər

Almaniya hökuməti ukraynalı qaçqınlara verilən maliyyə dəstəyini azaltmağı planlaşdırır. Bildirilir ki, vətəndaşlara verilən müavinətlər əvəzinə onlara sığınacaq axtaranlara ödənilən qanun çərçivəsində məbləğ təqdim olunacaq ki, bu da ödənişlərin azalması deməkdir.

AzPost xəbər verir ki, Azad Sosial Təminat Assosiasiyası planları sərt tənqid edərək bildirib ki, bu dəyişiklik qaçqınları yoxsulluğa sürükləyəcək və onların iş tapmasını çətinləşdirəcək.

Qərar Federal Şura tərəfindən yaxın günlərdə nəzərdən keçiriləcək. Təsdiqlənərsə, yeni qaydalar 2026-cı ilin aprelindən qüvvəyə minəcək. Hazırda Almaniyada təxminən 1,2 milyon ukraynalı yaşayır və onlardan 700 min nəfəri vətəndaş müavinətləri alır.

AzPost.az

Seçilən
4
2
azpost.info

10Mənbələr