AZ

ABŞ  İran rəsmiləri üçün bu imtiyazları ləğv etdi

Dünən ABŞ Dövlət Departamenti İranın yüksək vəzifəli rəsmiləri və onların ailə üzvləri üçün Amerikaya səfərlə bağlı imtiyazların ləğv ediləcəyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Dövlət Departamentinin “X” hesabında paylaşılan məlumata görə, Dövlət katibi Marko Rubio bu həftə İran rəsmiləri və onların ailə üzvlərinin ABŞ-da qalmasına imkan verən imtiyazların ləğvi ilə bağlı hərəkətə keçib.

Qurumun açıqlamasında bildirilir ki, İran xalqı əsas hüquqları uğrunda mübarizəsini davam etdirdiyi bir vaxtda, İran hakimiyyətinin siyasətindən faydalanan şəxslərin ABŞ-nin miqrasiya sisteminin üstünlüklərindən yararlanması xoş qarşılanmır.

Açıqlamada qərarın konkret olaraq hansı imtiyazlara şamil olunduğu barədə detallı məlumat verilməyib. Məhdudiyyətlərin yalnız viza güzəştlərinə, yoxsa daimi yaşayış icazəsi (Green Card) və ya digər miqrasiya imkanlarına da aid olub-olmadığı hələlik açıqlanmır.

Seçilən
32
50
veteninfo.az

10Mənbələr