AZ

Suriya hökuməti və SDQ atəşkəs və inteqrasiya barədə razılığa gəlib

Suriya hökuməti və Suriya Demokratik Qüvvələri (SDQ) hərtərəfli atəşkəs barədə razılığa gəliblər.

APA “Reuters”ə istinadən xəbər verir ki, atəşkəsə əlavə olaraq SDQ-nin Suriya ordusuna mərhələli şəkildə inteqrasiya edilməsi də razılaşdırılıb.

Məlumata görə, Suriyanın şimal hissəsində döyüş zonalarında olan SDQ hərbi qüvvələri geri çəkiləcək və Suriyanın Daxili İşlər Nazirliyinin tabeliyində olan qoşunlar SDQ-nin nəzarətində olan Hasaka və Qamışlı şəhərlərinə göndəriləcək.

“Razılaşmanın məqsədi Suriya ərazisinin unifikasiyası və tərəflər arasında əməkdaşlığın gücləndirilməsi vasitəsilə ölkənin yenidən qurulmasında səyləri birləşdirməkdir”,- SDQ bildirib.

Seçilən
75
50
apa.az

10Mənbələr