AZ

Zelenski: Rusiya ilə növbəti görüş İranda baş verənlərə görə təxirə salına bilər » AzadMedia.az


Ukrayna və Rusiya arasında növbəti görüş İranda baş verənlər səbəbindən təxirə salına bilər.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Sonrakı görüşün nə vaxt olacağını bilmirəm. Görüş bazar günü olmalı idi. Aydınlaşdırmışdıq ki, görüş Əbu-Dabidə olacaq. Bizim üçün çox önəmlidir ki, razılaşdırılan hər kəs görüşdə iştirak etsin, çünki hamı cavab gözləyir. Amma tarix və ya yer dəyişdirilə bilər. Çünki bizim fikrimizcə, Amerika və İranla bağlı vəziyyət dəyişkəndir. Bu məsələlər, yəqin ki, tarixə təsir edə bilər", - Ukrayna prezidenti bildirib.
Seçilən
69
50
azadmedia.az

10Mənbələr