AZ

“Nüvə iyləyən” Britaniyada göründü

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Hava Qüvvələrinin “WC-135R Constant Phoenix” adlı kəşfiyyat təyyarəsi Böyük Britaniyadakı Mildenholl aviabazasına eniş edib. 

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb. 

Atmosferdəki radioaktiv hissəcikləri aşkar etmək üçün nəzərdə tutulmuş və “nüvə iyləyən” ləqəbi verilmiş təyyarənin görünməsi ABŞ və İran arasında gərginliyin artması fonunda baş verib. 

Nəşrin müdafiə sahəsi üzrə mənbələri hesab edir ki, təyyarənin Böyük Britaniyada müşahidə olunması hələ hərbi əməliyyatların baş verəcəyi demək deyil. Onların sözlərinə görə, WC-135R yeraltı nüvə sınaqlarının keçirilmədiyinə əmin olmaq üçün qlobal monitorinq aparır.

Qeyd edək ki, bundan əvvəl oxşar təyyarələr 2025-ci ilin iyun ayında ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən az əvvəl Yaxın Şərqə göndərilib, həmçinin 2022-ci ilin yanvar ayında Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bir neçə həftə əvvəl Böyük Britaniyada görünüb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
9
cebheinfo.az

10Mənbələr