Belə görünür, Xabi Alonsonun işsiz qalacağı müddət uzaqbaşı 5 ay çəkəcək. Onun sabiq klubuna qayıtmaq şansı getdikcə artır.
"Football-plus.az" xəbər verir ki, “Liverpul”un rəhbərliyi bu ay “Real”ın baş məşqçi vəzifəsindən azad olunan Alonsonun nümayəndələri ilə əlaqə saxlayıb. İspaniyanın AS nəşrinin məlumatına görə, tərəflər arasında aparılan ilkin danışıqların müsbət məcrada keçib. Xəbərdə ispan mütəxəssisin futbolçu karyerasında çıxış etdiyi kluba qayıtmaqda maraqlı olduğu da vurğulanıb. “Liverpul” rəhbərliyi Alonsoya hörmət və heyranlıq hissi bəsləyir.
Komandanı ötən mövsüm çempionluğa daşıyan baş məşqçi Arne Slotun bu gedişlə postunu itirmək ehtimalı isə durmadan artır. “Liverpul” indi premyer-liqada 23 turdan sonra 36 xalla 4-cü yeri tutur.
Xatırladaq ki, Alonso ötən yay “Real”ın baş məşqçisi təyin olunmuşdu. Lakin İspaniya nəhəngi qeyri-qənaətbəxş nəticələrə görə yanvarın 12-də onunla əməkdaşlığı dayandırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta