AZ

Azərbaycanlı müdafiəçi Maldivdə çempion oldu

Karyerasını Maldiv adalarında davam etdirən azərbaycanlı müdafiəçi Nazim Məmmədzadə çempionluq yaşayıb.

"Football-plus.az" xəbər verir ki, həmvətənimizin komandası "Maziya" son turda qalib gələrək ən yaxın izləyicilərini qabaqlayıb.

Məmmədzadə mövsümün gedişində komandaya qoşulmuşdu. O, son olaraq Qırğızıstanda “Alay” klubunda oynayırdı.

Seçilən
8
football-plus.az

1Mənbələr