AZ

Çin futbolunda ağır cəzalar tətbiq edildi

Çin

Çin Futbol Assosiasiyası (CFA) 2026-cı il Superliqa klublarına qeyri-adi cəza tətbiq edəcək.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bir sıra klublar yeni mövsümə xal silinməsi ilə başlayacaq.

Buna səbəb danışılmış oyunlar və qanunsuz mərc fəaliyyəti ilə bağlı tətbiq olunan sanksiyalardır. Klublara həmçinin pozuntuların ağırlıq dərəcəsinə görə 50 min avrodan 120 500 avroya qədər maliyyə cəriməsi kəsilib.

Ümumilikdə 13 klub cəzalandırılıb. Onların arasında son çempion “Şanxay Port” da yer alır. Klub mövsümə 5 xal silinməsi ilə başlayacaq. Eyni cəza “Uhan Three Towns”, “Zhejiang Professional” və “Beijing Guoan” klublarına da tətbiq olunub.

Ən ağır sanksiyalar ötən mövsümün gümüş mükafatçısı “Şanxay Şenxua” və “Tianjin Jinmen Tiger” klublarına verilib. Bu komandalar turnirə 10 xal mənfi ilə start verəcəklər.

“Şandun Tayşan” və “Henan” mövsümə 6 xal, “Qingdao Hainiu” isə 7 xal silinməsi ilə başlayacaq.

Bundan başqa, daha üç nəfər idman intizamını ciddi pozduğuna görə 5 il müddətinə futboldan uzaqlaşdırılıb. Bu tədbirlər yarışın ədalətliliyini qorumaq məqsədi daşıyır.

Qeyd edək ki, Çin Superliqasında yeni mövsüm martın əvvəlində başlayacaq. "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadəyə "Şençjen Penq Siti” kkubundan təklif gəldiyi iddia edilir.

Seçilən
15
xalqcebhesi.az

1Mənbələr