AZ

20 ildir suyun içində qalan binada dəhşətli durum: “İydən oturmaq olmur“ VİDEO

ain.az bildirir, Moderator.az portalına istinadən.

Biləcəri qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisi uzun illərdir suyun içindədir.

Baku TV-nin məlumatına görə, Qabil Süleymanov küçəsi, 44 ünvanında yaşayan sakinlərin sözlərinə görə, zirzəmidə toplanan su problemi artıq 20 ilə yaxındır davam edir.

Bildirilib ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem hələ də həllini tapmayıb. "Zirzəmidəki su nəticəsində bina çökür. Əvvəllər belə şey yox idi. Adam baxır dəhşətə gəlir. Qoxudan evdə oturmaq olmur. Hər yerə şikayət etmişik, gəlib baxan yoxdur", - deyə sakinlərdən biri narazılığını ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
18
moderator.az

10Mənbələr