AZ

ABŞ ın niyyəti yaxşı deyil, İran... Arakçı

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran danışıqlara hazırdır.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu İstanbulda səfərdə olan İranın xarici işlər naziri Abbas Arakçı türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran nüvə müzakirələrinə qayıtmağa hazırdır:

“Keçmiş təcrübə ABŞ-ın dialoqda xoş niyyətinin və dürüstlüyünün olmadığını göstərsə də, İran hələ də nüvə danışıqlarına davam etməyə hazırdır”.

Arakçı bir daha vurğulayıb ki, nüvə silahı İranın hərbi doktrinasına və təhlükəsizlik hesablamalarında heç bir yerə malik deyil və Tehranın nüvə fəaliyyəti tamamilə dinc məqsədlər üçündür:

“Biz etimadı bərpa etmək məqsədilə bərabər mövqedən çıxış edən və qarşılıqlı hörmət əsasında olan danışıqlara hazırıq”.

İranlı nazir əlavə edib ki, danışıqlar məsələsi ilə bağlı Amerika hökuməti müxtəlif vasitəçilər vasitəsilə dəfələrlə Tehrana müraciət edib və bu tələblər davamlı şəkildə yenilənir:

“İran İslam Respublikasının isə danışıqlar aparmaqla bağlı heç bir problemi yoxdur. İran danışıqlar aparmaq niyyətindədir, ancaq danışıqlara təhdidlə başlamaq olmaz. İlk növbədə təhdid dili kənara qoyulmalıdır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
50
axar.az

10Mənbələr