AZ

Vətəndaş niyə sığortadan uzaq gəzir?

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda sığorta şirkətləri çeşidi xidmətlər təqdim etsə də, bu xidmətlərin real həyatda vətəndaşlar üçün nə dərəcədə əlçatan olması ciddi suallar yaradır. 

Geniş sığorta paketləri təklif olunsa da, əhalinin böyük bir hissəsi yüksək qiymətlər, kifayət qədər məlumatın olmaması və sığorta şirkətlərinə inamsızlıq səbəbindən bu xidmətlərdən kənarda qalır. 

Eyni zamanda, əhalinin bir hissəsi sığorta məhsulları barədə yetərli məlumata malik deyil və hansı sığorta növünün onlara real fayda verdiyini müəyyənləşdirməkdə çətinlik çəkir. Bu vəziyyət isə sığorta sisteminin cəmiyyətdə nə dərəcədə effektiv işlədiyi məsələsini yenidən gündəmə gətirir. 

Sığorta şirkətləri vətəndaşlar üçün nə dərəcədə əlçatandır? 

Niyə hamı sığortanın müxtəlif növlərindən yararlanmır? 

Mövzu ilə bağlı “Cümhuriyət” – ə açıqlamasında sığorta eksperti Emil Ağabağırov bildirib ki, sığorta şirkətləri vətəndaşların gəlirlilik səviyyəsinə uyğundur: 

“Sığorta şirkətləri vətəndaşlar üçün əlçatandır. Məsələn, sığorta şirkətlərinin saytlarının olması və bəzi sığorta növlərinin onlayn əldə etmək imkanının yaradılması onların əlçatanlığını təmin edir. Digər məsələ isə vətəndaşların gəlirlilik səviyyəsinə uyğun olaraq sığorta qiymətlərinin hansı səviyyədə olmasıdır. 

Bununla bağlı qeyd edim ki, qiymətlər çox aşağıdır. Məsələn, Bakı şəhərində daşınmaz əmlakın icbari sığortası bir il üçün 50 manatdır. Gəncə, Naxçıvan və Sumqayıt şəhərləri üçün illik 40 manat, digər şəhər və rayonlar üçün isə illik 30 manatdır. Bundan əlavə, səfər sığortası var. Xaricə səfər edən turistlər üçün səfər sığortası təxminən 10–12 manat arası dəyişir və təyinatlara görə fərqlənir”. 

Ekspert qeyd edib, bütün hallarda sığorta növləri vətəndaşlar üçün bir çox istiqamət üzrə əlçatandır: 

“Avtomobilin icbari sığortasına gəldikdə isə elə vətəndaşlar var ki, avtomobilinə görə illik 40 manat ödəniş edir, elə avtomobillər var ki, bu məbləğ 40 manatdan da aşağıdır. Yəni bütün hallarda sığorta növləri vətəndaşlar üçün bir çox istiqamət üzrə əlçatandır. 

Sadə icbari sığorta növləri daha çox satıldığı üçün onların satış göstəriciləri daha yüksəkdir. Könüllü sığorta növləri isə həm çoxdur, həm də könüllü adından göründüyü kimi, hər vətəndaş bunu əldə etmir. 

Bəzən düşünürlər ki, hər hansı hadisə olmayıb, olmayacaq və ya buna ehtiyac yoxdur. Bu kimi səbəblərə görə xüsusilə könüllü olduğuna görə daha çox icbari sığorta növləri əldə edilir”.

Gülər Həsənli

"Cebheinfo.az"

Açar sözlər:

sığorta Emil Ağabağırov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
48
cebheinfo.az

10Mənbələr