AZ

Qurban Qurbanov 21 il sonra yenidən bu stadiona gedir - VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 21 il sonra yenidən “St James’ Park” stadionuna yollanacaq.

"Cebheinfo.az" xəbər verir ki, onun komandası bu arenada Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşacaq. 

Ağdam təmsilçisinin baş məşqçisi 21 il öncə isə bu stadiona Azərbaycan yığmasının heyətində getmişdi. Millimizin İngiltərə millisinə qarşı keçirdiyi matçda o, start heyətində meydana çıxmışdı. 

Həmin qarşılaşma isə ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. 

Qurban Qurbanov həmin matçda qapı dirəyinə vurduğu zərbə ilə diqqət çəkmişdi.

"Cebheinfo.az"

Seçilən
28
50
cebheinfo.az

10Mənbələr