Aktual.az xəbər verir ki, bu barədə "Röyters” məlumat yayıb.
Bildirilib ki, şirkət təxminən iki ildir davam edən insan üzərində sınaqlar çərçivəsində mühüm irəliləyişlər əldə edib.
Məlumata görə, bu çiplər əsasən iflic və sinir sistemi zədələnmiş şəxslərin kompüter, telefon və digər elektron cihazları düşüncə gücü ilə idarə etməsinə imkan yaratmaq məqsədi daşıyır.
Xatırladaq ki, İlon Mask 2024-cü ilin yanvarında ilk dəfə insan beyninə çip yerləşdirildiyini ictimaiyyətə açıqlamışdı.