Sabirabad rayonundan olan bir qrup fermer “P-Aqro” MMC-yə satdıqları pambığın aylardır ki, pulunu ala bilmirlər.
Xezerxeber.az-ın məlumatına görə, onlar “P-Aqro” MMC-nin Sabirabad filialı ilə müqavilə bağlayaraq pambıq əkini həyata keçiriblər.
Ötən ilin oktyabr və sentyabr aylarında məhsul tədarük edərək müqavilə bağladıqları şirkətə təhvil veriblər. Lakin fermerlər bildirir ki, müqavilədə nəzərdə tutulmuş ödənişləri hələ də ala bilmirlər.
Sakinlər deyirlər ki, müqavilə bağladıqları “P-Aqro MMC” ilə əlaqə saxlasalar da, nəticə olmayıb.
“P-Aqro” MMC-nin Sabirabad filialından bildirilib ki, mövcud gecikməyə səbəb mahlıc satışında yaranmış problem idi. Artıq şirkət tərəfindən problem aradan qaldırılıb. Növbəti günlərdə fermerlə mərhələli şəkildə ödənişlərin həyata keçrilməsinə başlanılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.